XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

18 Aprel 2019 - 14:02

Tokio Olimpiadasının ilk biletləri satışa çıxarılacaq- Mayın 9-da

Gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya və XVI Paralimpiya Oyunlarının ilk biletləri mayın 9-da satışa çıxarılacaq.

Azərtac xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb. Biletlərin ilk komplekti xüsusi lotereya vasitəsilə satışa çıxarılacaq. Bu biletləri əldə etmək istəyənlər oyunların saytında qeydiyyatdan keçməli və bu barədə müraciət yerləşdirməlidirlər. Biletlərin potensial alıcıları Yaponiya ərazisində yaşamalıdırlar. Lotereyanın nəticələri iyunun 20-də elan ediləcək.

Cari ilin payızında biletlərin satışının ikinci mərhələsi başlanacaq. Bu mərhələdə ilk turda müraciət edən, lakin bilet ala bilməyənlər iştirak edəcəklər. Oyunlara biletlərin sərbəst satışına yalnız 2020-ci ilin yazında başlanacaq.

Təşkilatçılar bildiriblər ki, tamaşaçılara təklif edilən milyonlarla biletin qiyməti 2500 yen (təqribən 22 dollar), əsas paket üçün isə 8000 yen (təqribən 72 dollar) müəyyən edilib.