XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Aprel 2019 - 17:13

Türkiyəli nazir:"“Pegasus” aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq"

Cari ilin yay aylarında “Pegasus” aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq.

Bu barədə Azərtac-a eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir, həmçinin aprelin 22-də “Türk Hava Yolları”nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə arasındakı karqo daşımalarında isə 17 min 527 ton yük daşınıb.