XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 17:57

“Yonhap”:"KXDR lideri Rusiyaya qatarla gedəcək"

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Rusiya Prezidenti Vladimir Putin ilə görüş üçün Vladivostok şəhərinə qatarla gedəcək.

Azərtac xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, görüş Pekində keçiriləcək beynəlxalq tədbirdə iştirak üçün Vladimir Putinin Çin paytaxtına səfərindən əvvəl baş tuta bilər. KXDR lideri ölkəsinin Rusiya ilə quru sərhədini keçməklə və ya Çin ərazisindən istifadə etməklə gedəcək. KXDR liderinin atası Kim Çen İr də 2011-ci ildə Rusiya Prezidenti Dmitri Medvedev ilə görüşə getmək üçün eyni marşrutdan istifadə etmişdi.

Qeyd edək ki, fevralda Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüş üçün Vyetnama da Çin ərazisindən keçməklə qatarla getmişdi.