XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 21:07

İmamoğlu bələdiyyədə ilk təlimatını mətbəxdə verdi:"Bundan sonra hamıya eyni yemək bişirilsin"

İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu ilk gününə bələdiyyə işçiləri ilə tanışlıqla başlayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, otaqları bir-bir gəzərək işçilərlə tanış olan  İmamoğlu daha sonra bələdiyyənin mətbəxinə girib.

O mətbəxin aşbazlarına “Bu gün yeməkdə nə olacaq?” deyə sual edib.

Aşpazın “Badımcan yeməyi, sizin üçün də antrikot” cavabı isə yeni bələdiyyə sədrinin etirazına səbəb olub: “Olmaz, bu, yanlışdır. Bundan sonra hər kəsə eyni yemək olacaq”.