XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 23:40

İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək- Aprelin 28-də

Aprelin 28-də İspaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində ölkənin beş aparıcı partiyası mübarizəyə qoşulacaq.

Azərtac xəbər verir ki, İspaniya uzunömürlülüyə görə (83,1 yaş) Yaponiya və İsveçrədən sonra dünyada üçüncü yeri tutur. Ölkədə yaşayan 47 milyon sakinin 10,5 faizi əcnəbilərdir. Dövlət hər il 9,7 milyon nəfərə pensiya ödəyir. Bu ölkə qazandığından çox xərcləyir: maliyyə ödənişlərinin ümumi məbləği 1 trilyon avrodan çoxdur. 10 milyon sakinin gəliri yoxsulluq həddindən aşağıdır. 2018-ci ildə İspaniyaya 60 min immiqrant gəlib. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çoxdur.

14-cü dəfə keçiriləcək ümumi demokratik seçkilərdə ölkənin idarə edilməsi üçün 5 aparıcı partiya arasında ehtimal edilən ittifaqlardan asılı olaraq iki model qarşı-qarşıya gələcək. PSOE (Sosialist İşçi Partiyası), Podemos (Solçu Siyasi Partiya), PP (Müxalifətçi Xalq Siyasi Partiyası), Ciodadanos (Liberal Vətəndaş Partiyası) və Vox (Ultrasağ Millətçi Mühafizəkar Siyasi Partiya). Seçkilərdə qalib gələn partiyalar hökumət formalaşdıracaqlar.

PP, Cs və Vox koalisiya yaradacağı halda demokratiyada məlum olan ən mürəkkəb yolu seçəcək. PP və Cs Kataloniya Muxtar Vilayətinə mərkəzi hakimiyyət orqanları tərəfindən qeyri-müəyyən müddətdə nəzarət olunmasını təklif edirlər. Bu halda maliyyə, təhsil, kütləvi informasiya vasitələri, penitensiar sistem, Mossos (Kataloniya milli polisi) ölkənin mərkəzi hökumətinə tabe olacaq. Santyaqo Abaskal (Vox) dövlətin təşkili üsulu kimi Kataloniya muxtariyyətinin ləğv edilməsi ideyasını irəli sürür.

Ərazi bütövlüyü ideyasına sadiq olan sosialistlər özünüidarəyə ümid bəsləyir, Kataloniyanın bəzi səlahiyyətlərinin saxlanmasına və onun Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş statusunun qismən qaytarılmasına zəmanət verirlər. Podemos partiyasında vəd edirlər ki, əgər onlar seçkilərdə qalib gəlib hökumət yaratsalar, Kataloniyada heç nə əvvəlki vəziyyətində qalmayacaq.

PP və Cs gender qeyri-bərabərliyi məsələlərinə dair normaların qorunub saxlanmasına və daha da gücləndirilməsinə tərəfdardırlar. Solçular kimi onlar da qadınların və kişilərin əməkhaqları arasında fərq problemini həll etmək istəyirlər. Lakin onların Vox partiyasından ehtimal edilən tərəfdaşları öz seçkiqabağı proqramına gender zorakılığı barədə 2004-cü ildə qəbul edilmiş qanunun ləğv olunmasını daxil edirlər.

PSOE və Podemos qadınlara və LGTBİ qruplarına münasibətdə qeyri-bərabərliyə qarşı mübarizə və onların hüquqlarının müdafiəsi üçün yeni qanunlar təklif edirlər. Hazırda Nazirlər Kabineti, məhkəmələr, Ali Məhkəmə kimi dövlət orqanlarında işləyən qadınların sayı 15 faizdən azdır. Podemos bu orqanlarda paritetə nail olmaq üçün 4 illik müddət müəyyən etməyə hazırdır.

Vergilər məsələsinə gəldikdə, PP vərəsəlik vergisinin, səhmdar kapitalına və hüquqi aktların sənədlərlə rəsmiləşdirilməsinə görə verginin ləğv olunmasını təklif edir. Ciudadanos mənfəət vergisinin azaldılmasını nəzərdə tutur. Vox da eyni tədbirlər görülməsini, bəzi hallarda isə vergilərin daha çox azaldılmasını vəd edir.

Əgər solçular hökumət yaratsalar, hazırda yüksək gəlirlər əldə edən şirkətlər və fiziki şəxslər, iri şirkətlər və banklar daha çox vergi ödəyəcəklər. PSOE maliyyə tranzaksiyaları və rəqəmsal xidmətlər üçün yeni vergilər tətbiq olunacağını, yüksək gəlirlər üçün verginin artırılacağını vəd edir.

Demək olar ki, bütün partiyalar özünüməşğul insanlar üçün vergi güzəştləri və ya iş yerləri yaradılması və şirkətlər açılması üçün birbaşa müavinətlər vəd edirlər. Bütün partiyalar daimi kontraktların sayını artırmağa çalışırlar.

Miqrasiyanın nizamlanması və ya qeyri-müntəzəm deportasiya aparıcı partiyaların platformalarının əsasını təşkil edir. İspaniyada yaşamaq hüququ verən sənəd və ya işləmək üçün icazə olmadan bu ölkəyə gələn miqrantların sayı keçən il 130 faiz artıb. Təqribən 60 min əcnəbi bu ölkəyə qeyri-qanuni yollarla gəlib. İqtisadi böhran miqrasiyanın İspaniyaya təzyiqini bir qədər azaldıb, lakin böhrandan sonra miqrantlar kütləvi şəkildə bu ölkəyə qayıdırlar.

PP qeyri-leqalları bu ölkəyə gətirən mafioz xidmətlərə qarşı mübarizə aparmağı təklif edir, ölkənin cənub sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirir, “qeyri-leqal immiqrantların” öz vətəninə qaytarılması və bu ölkədən çıxarılması barədə beynəlxalq müqavilələrin müddətini uzadır. Vox qeyri-leqal immiqrantların və bir neçə cinayət, yaxud bir ciddi cinayət törətmiş leqal immiqrantların deportasiyasına ümid bəsləyir, oturaqlıq təsisatını aradan qaldırır. Vox başqa ölkələrdən vətəndaşların buraya gəlməsi üçün İspaniya iqtisadiyyatının tələbatı baxımından kvotalar müəyyən edir.

PSOE “insan hüquqlarına həmişə maksimum hörmət bəsləməklə immiqrantların nizamlı axınını” müdafiə edir. Podemos əcnəbilərin nəzarətdə saxlanması mərkəzlərini bağlamağa çağırır, ailələrin birləşməsi proseslərinin çevikliyini artırmağı, humanitar vizalar verilməsini və iş axtaranlar üçün xüsusi vizalar təsis olunmasını təklif edir.

Bütün partiyaların proqramlarında kənd rayonları üçün geniş və keyfiyyətli xidmətlər vəd edilir: səhiyyənin möhkəmlənməsi, müəssisələr yaradılması və açılması üçün vergi imtiyazları, meşə təsərrüfatının və turizmin inkişafı üçün xüsusi planlar, gənclərin torpaq əldə etməkdə prioritet hüquqları (Podemos) və s.

PSOE təklif edir ki, 2030-cu ildə istifadə ediləcək elektrik enerjisinin 74 faizi bərpaolunan mənbələrdən alınsın. Mütəxəssislərin sözlərinə görə, 2025-ci ilə qədər bu ölkədə satılan hər 4 avtomobildən biri elektriklə işləyəcək.