Liviya Milli Birlik Hökuməti general Xəlifə Həftərin həbsiylə bağlı order verib.
Bu barədə məlumatı “Doyçe Velle” saytı yayıb.
Məlumata görə, Haftarla bərabər, onun daha 6 adamı da axtarışa verilib. Onların hər biri Tripolinin yaşayış məhəllələrinə hücumda ittiham olunub.
Qeyd edək ki, Həftər bundan öncə Tripoliyə hücuma başlayıb. Bundan sonra Liviya Milli Hökuməti Həftərin qüvvələrinə qarşı “Vulkanın qəzəbi” əməliyyata start verib. /Axar.az.