XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2015 - 13:17

İŞİD döyüşçülərinin sayını açıqladı-40 min

İŞİD sözcüsü və eyni zamanda təşkilatın Mosul “vali”si Əbu Səad Ənsari indiyə qədər bilinməyən bir sirrin üstünü açıb. Onun bildirdiyinə görə, hazırda İraqda İŞİD üzvlərinin sayı 40 min civarındadır və bu silahlı gücün yarısı Mosulda məskunlaşıb.

Mosul şəhərinin mərkəzində yerləşən Xəlifə camisində cümə xütbəsi zamanı dilə gətirilən bu etirafın düşmən tərəfi çəkindirmək mədsədilə dilə gətirildiyi təxmin olunur. Belə ki, istər Şimali İraq kürd muxtariyyatı, istərsə də mərkəzi hakimiyyət Mosula hərbi əməliyyata hazırlaşır. Məlumata görə, birgə əməliyyata İŞİD-dən narazı qalan sünnilərin də dəstək verəcəyi gözlənilir. Görünür, bu hücumların təsirini azaltmaq üçün İŞİD rəhbərliyi psixoloji hərb taktikasına əl atır.

Fəqət Əbu Səad Ənsarinin səsləndirdiyi rəqəm o qədər də böyük deyil. Mosul əməliyyatına ən az qüvvəylə qatılacaq sünni hərbi briqadasının təkbaşına 25 mindən artıq silahlısı olacağı güman edilir.

Heydər Oğuz

Strateq.az