XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 10:37

Rusiya“Cebhat ən-Nusra” qruplaşmasını vurdu

vertalyot-tank-doyus

 

Rusiya hərbi aviasiyası terrorçu "Əl Qaidə"nin Suriyadakı qolu -"Cebhat ən-Nusra" qruplaşmasının mövqelərinə zərbələr endirib.

 

"Report" RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.

 

Zərbələr Hələb və Nərb-Nafsa şəhərləri ətrafındaki mövqelərə yönəlib.

"Cebhat ən-Nusra" qruplaşmasının üzvləri Bəşşar Əsədin qüvvələrinın Nərb-Nafsa şəhəri yaxınlığındaki mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini artilleriya atəşinə tutublar. Buna cavab olaraq Rusiya aviasiyası terrorçulara zərbələr endirib”, – deyə məlumatda bildirilir.