XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 14:53

Polşada minlərlə müəllim etiraza qalxdı –Maaşa görə + FOTO

Polşanın paytaxtı Varşavada minlərlə müəllim etiraz aksiyası keçirir.

Məlumata görə, müəllimlər əmək haqlarının artırılmasını, eləcə də məktəblərin normal avadanlıqlarla təmin olunmasını tələb edir.

Qeyd olunur ki, müəllimlər iki həftə əvvəl müddətsiz tətilə başladıqlarını elan edib.

Həmkarlar təşkilatı yaxın zamanlarda tətilin davam edib-etməyəcəyi barədə qərar verəcəyini deyib.

Müəllimlər əmək haqlarının 260 dollar artırılmasını tələb edir. Eyni zamanda Polşa məktəblərində imtahanların başlaması vəziyyəti bir qədər də gərginləşdirir/Trend.