XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 22:12

Səudiyyə Ərəbistanında 37 terrorçu edam edilib- Ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb

Səudiyyə Ərəbistanında krallığın terrorçuluqda ittiham olunan 37 vətəndaşı haqqında çıxarılan ölüm hökmü icra edilib.

Azərtac xəbər verir ki, bu məlumat ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb. Qeyd olunub ki, müttəhimlər ekstremist ideyaların həyata keçirilməsində, sabitliyin pozulması üçün terrorçu yuvalarının yaradılmasında, dinlərarası ədavətin qızışdırılmasında, ölkədəki sabitliyə və təhlükəsizliyə xələl gətirməkdə təqsirli biliniblər. Onlar, həmçinin partlayıcı qurğulardan istifadə etməklə güc strukturlarının qərargahına hücum etməkdə və təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını qətlə yetirməkdə ittiham ediliblər.

Edam ölkənin altı şəhərində – Ər-Riyad, Məkkə, Mədinə, Şarkiyə, Kasim və Asirədə yerinə yetirilib.