XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 06:39

Rusiyada aclıqdır

“Embarqo və sanksiyalar Rusiya vətəndaşlarının alıcılıq qabiliyyətinə ciddi təsir göstərib. Bu ilin ilk rübündə həmin göstərici 35% azalıb və kreditlərlə mal alışı artıb.” Rusiyanın “Vedomosti” qəzetinin araşdırmasının nəticələri belə deyir.

Araşdırmaya görə, ruslar ötən illə müqayisədə daha az mal istehlak ediblər. ölkənin İqtisadi İnkişaf Nazirliyi xalqın əsas ehtiyaclar xaricində bütün sahələrdə qənaətə başladığını bildirir. 24 bəndlik əsas qida maddələrində bu il bəzi mallarda 5, bəzi mallarda isə 35% qənaət edən əhalinin istehlak indeksi 32 faiz aşağı düşüb. Bu cür hala ilk və sonuncu dəfə 2009-cu il böhranı zamanı təsadüf edilib. Qeyd edək ki, həmin böhranda istehlak indeksi 35% azalmışdı.

Bir sözlə, şimal qonşumuzda aclıqdır.

Strateq.az