XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 Aprel 2019 - 18:03

“Facebook” ekstremist meylli ispaniyalı “sağçı”ların səhifələrini bloklayıb

“Facebook” sosial şəbəkəsi ksenofobiya, homofobiya və islamofobiyaya meyilli ispaniyalı “sağçı”ların 17 səhifəsini bloklayıb.

Azərtac İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu qruplarda 1,4 milyon insan izləyici kimi qeydiyyatdan keçib. Bu hadisə siyasi müzakirələrin maksimum səviyyəyə çatdığı anda, növbədənkənar seçkilərə bir neçə gün qalmış baş verib.

Mark Sukerberqin imperiyasına daxil olan messencer “Podemos” Partiyasının akkauntunu da ləğv edib. Bu səhifə vasitəsilə siyasətçilər öz izləyicilərinə ismarıclar yollayıblar. Partiyada siyasi təbliğat məqsədilə bu kütləvi yollayışların həyata keçirildiyini inkar etmirlər. Lakin onlar əlavə edirlər ki, həmin ismarıcları bu səhifənin yalnız könüllü izləyiciləri alıblar.