XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 12:36

Ukraynada dövlət dili haqqında qanun qəbul edilib –Qanunu pozanlar cərimələnəcək

Ukrayna parlamenti aprelin 25-də “Ukrayna dilinin dövlət səviyyəsində tətbiqinin təmin edilməsi haqqında” qanun qəbul edib.

Bu qanun onun ölkə ərazisində başqa dillərlə müqayisədə üstünlüyünü təsbit edir.

Bildirilib ki, qanun layihəsinin lehinə 278 deputat, əleyhinə isə 226 deputat səs verib. Qanuna əsasən, vətəndaşlar bundan sonra Ukrayna ərazisində bütün sahələrdə dövlət dilindən məcburi olaraq istifadə etməlidirlər.

Ukrayna dilindən istifadəyə dil müfəttişi nəzarət edəcək. Onlar bütün dövlət orqanlarının, ictimai və siyasi təşkilatların iclaslarına qatıla, dil haqqında qanuna riayət olunmasını tələb edə bilərlər. Dil müfəttişi qanunu pozanları cərimələyəcək.  (Report)