XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 18:49

Şri-Lanka 39 ölkənin vətəndaşlarına viza tətbiq edəcəkTerrora görə

Şri-Lanka hökuməti silsilə terror hücumlarından sonra 39 ölkənin vətəndaşlarına vizasız giriş hüququ verməyəcək.

Bu barədə Şri-Lankanın Turizm, Vəhşi Təbiət və Xristianlıq naziri Con Amaratunq bildirib.

“İstintaq göstərdi ki, bazar günü törədilən terror hücumlarına görə məsul olanlar xaricdə terror təşkilatları ilə əlaqəsi olan şəxslərdir. Ona görə də (terrorçulara) ölkəyə sadələşdirilmiş giriş proqramından sui-istifadə etməyə imkan vermək istəməzdik”, – nazir deyib.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Şri-Lanka hökuməti 39 ölkədən, o cümlədən Avropa İttifaqı ölkələrindən, Avstraliya və ABŞ-dan olan turistlərin ölkəyə girişini sadələşdirmək niyyətlərini açıqlayıblar. Yeniliklər 2019-cu il mayın 1-də qüvvəyə minməli idi.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ölkə tarixində ən böyük silsilə terror hücumları baş verib/Report.