XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 11:16

Sarkisyanın qızı məzuniyyətdən sonra vəzifədən azad edilib:"O, özü ərizə yazıb" 

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın kiçik qızı Satenik Sarkisyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib. 

“Sputnik Armeniya” xəbər verir ki, o, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.

Bildirilib ki, S.Sarkisyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb.

Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarkisyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, Serj Sarkisyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var.