XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 13:02

Şri-Lankada Polis Baş müfəttişi istefa verib –Səbəb

Şri-Lanka Polis Baş müfəttişi (polis rəhbəri) Pucith Cayasundaru istefa verib.

Ölkə Prezidenti Maytripala Sirisena ən yaxın vaxtda yeni Baş müfəttişin təyin ediləcəyini bildirib.

Ötən gün Müdafiə Nazirliyi  katibi Hemasiri Fernando da vəzifəsindən gedib.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində 359 nəfər həlak olmuş, 500-dək adam da yaralanmışdı. Respublika Prezidenti Polis Baş müfəttişi və Müdafiə Nazirliyi katibi tərəfindən bu kimi hücumların gözlənilməsinə dair xüsusi xidmət qurumlarının məruzəsinin ona təqdim olunmadığını bildirib. (Report)