XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2019 - 17:22

Slovakiya Rusiya neftinin idxalını dayandırıb- Bu səbəbdən

Slovakiya da “Dostluq” boru kəməri vasitəsilə Rusiya neftinin idxalını dayandırıb.

Azərtac xəbər verir ki, bu barədə Slovakiyanın “Transpetrol” neft boru kəməri operatorunun məlumatında deyilir.

Buna səbəb kimi neftin keyfiyyətinin pisləşməsi göstərilir. Neft idxalının hansı müddətə dayandırıldığı bildirilmir.

“Transpetrol” bu qərarı Slovakiyanın ən böyük neftayırma zavodu “Slovnaft”ın fərqli keyfiyyətdə olan nefti emal etmədiyi üçün qəbul edib.

Xatırladaq ki, daha əvvəl Polşa, Belarus və Almaniya “Dostluq” kəməri ilə Rusiya neftinin nəqlini dayandırmışdı.