Suriyada 13 silahlı müxalif qüvvə birləşdiklərini bəyan ediblər. Maraqlıdır ki, ayrı-ayrılıqda Bəşər Əsədə qarşı mübarizə aparan bu təşkilatları birləşdirən rejim əleyhdarlığı deyil. Onlar YPG-yə, yəni Şimali Suriyada bulunan və ABŞ tərəfindən dəstəklənən yerli PKK hakimiyyətinə qarşı birləşiblər. Səbəb isə YPG-nin bir müsəlman qadını həbs etməsidir. Qadını həbs edən səlahiyyət sahiblərinin dərhal cəzalandırılmasını tələb edən ittifaqda əl-Qaidənin Suriyadakı qanadından tutmuş Kürd Cəbhəsi adlı silahlı dəstəyə qədər müxtəlif məfkurəli təşkilatlar cəmləşiblər.
İttifaq adından açıqlama yayan sözcü problemin sülh yoluyla həllini istədiklərini, əks təqdirdə savaşa belə hazır olduqlarını bildirib.
Strateq.az