XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 10:12

Astana prosesi çərçivəsində Suriya üzrə növbəti görüş olacaq- İyulda

Qazaxıstanın Nur-Sultan şəhərində Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə 12-ci yüksək səviyyəli beynəlxalq görüş keçirilib.

Azərtac xəbər verir ki, ikigünlük görüş zamanı qarant ölkələr – Türkiyə, Rusiya və İran arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Həmçinin müşahidəçi ölkələrin nümayəndələri ilə də görüşlər keçirilib.

Görüşün yekun bəyanatında qarant ölkələr Holan yüksəklikləri üzərində İsrailin suverenliyinin tanınması ilə bağlı ABŞ rəhbərliyinin qərarını pisləyərək beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd ediblər.

Astana formatında müşahidəçi ölkələrin sayının artırılması məsələsini müzakirə edilib, İraq və Livanı növbəti danışıqlara dəvət etmək barədə razılığa gəlinib. Tərəflər İdbil deskalasiya bölgəsində gərginliyin azaldılması üzrə konkret tədbirlər görülməsini və aradan qaldırılmasını zəruri hesab ediblər.

Suriya mövzusu üzrə Astana formatında növbəti görüşün bu ilin iyulunda Nur—Sultanda keçirilməsi qərara alınıb.