XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 10:44

Tramp ABŞ-ın daha bir beynəlxalq sazişdən çıxdığını elan edib- Açıqlama

Prezident Donald Tramp ABŞ-ın beynəlxalq Silah Ticarəti Sazişindən çıxdığını bəyan edib.

ONA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə. bu barədə D.Tramp Milli Atıcılar Assosiasiyasının İndianopolisdə keçirilən toplantısında çıxışı zamanı deyib.

Sazişin ratifikasiya prosesinin dayandırılması haqqında Konqresə ünvanlanan fərmanı elə tribunada imzalayan ABŞ prezidenti qeyd edib ki, Vaşinqton razılaşmadan çıxdığı barədə BMT-yə rəsmən məlumat verəcək: “Mənim prezidentliyim dövründə Amerikanın suverenliyi heç kimə güzəştə getməyəcəyik”.

Qeyd edək ki, Silah Ticarəti Sazişi 2013-cü ildə ABŞ prezidenti Barak Obama tərəfindən imzalansa da, ratifikasiya prosesi Donald Trampın prezidentliyi dövrünə düşüb. Razılaşma beynəlxalq silah satışı və transferlərinə standart tətbiq olunmasını nəzərdə tutur. BMT-də saziş layihəsinin lehinə 154 ölkə səs verib, 23 ölkə bitərəf qalıb. Çin, Rusiya, Şimali Koreya, İran, Suriya, Ermənistan ve Misir də daxil olmaqla 63 ülke bu anlaşmanı imzalamayıb. 130 ölkə tərəfindən imzalanan sənəd 101 ölkə tərəfindən ratifikasiya olunub və 2014-cü ilin dekabrından qüvvəyə minib.