XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 12:25

AŞPA sədri Gürcüstana səfərə gələcək- Aprelin 28-də

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye aprelin 28-də Gürcüstana səfərə gələcək.

Azərtac xəbər verir ki, səfər çərçivəsində Lilian Mori Paskye Prezident Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, parlamentin sədri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə Gürcüstanın AŞPA-ya üzv olmasından keçən 20 ildə görülən işlər, qarşıda duran vəzifələr, Gürcüstanda demokratik institutların vəziyyəti, qaçqın və məcburi köçkünlərin vəziyyəti, Cənubi Qafqazda təhlükəsizlik, regional münaqişələrin sülh yolu ilə həlli yolları və digər məsələlər müzakirə olunacaq. AŞPA sədrinin Cənubi Qafqazdakı vəziyyətə dair bəyanatla çıxış edəcəyi gözlənilir.