XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 17:25

Yeni Zelandiya məscidlərində təhlükəsizlik tədbirləri görüləcək- Ramazan ayı ilə bağlı

Yeni Zelandiya məscidlərində Ramazan ayı ilə bağlı təhlükəsizlik tədbirləri görüləcək.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiya İslam Birliyi Federasiyasının sədri Mustafa Faruk məlumat verib. Onun sözlərinə görə, məscidlərdə əvvəlcədən planlaşdırılan ümumi iftar məclisləri ləğv edilib. Sədr bu işə Yeni Zelandiya polisinin də dəstək verdiyini bildirib. O, eyni zamanda, fərqli inanclara mənsub olan yeni zelandiyalıların İslam dini barədə məlumatlandırıldığı “məscid açıq günləri”nin də iyun ayına qədər təxirə salındığını qeyd edib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər də insan xəsarət alıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb.