XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 17:49

Ərdoğan:“ABŞ-la S-400 məsələsində ciddi fikir ayrılıqları içindəyik”

“ABŞ-la S-400 məsələsində ciddi fikir ayrılıqları içindəyik. Bölgənin təhlükəsizliyi üçün S-400 müdafiə sisteminin tətbiqini düşünürük”.

ONA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxışında deyib.

O, Suriyadakı terror hücumlarına son qoymaq üçün S-400 raket müdafiə sisteminin tətbiq olunacağından danışıb: “Kim nə deyir-desin, bizim üçün önəmli olan ölkəmizin istiqrarıdır. 15 iyulda canını fəda edən bir millət olaraq Suriyadakı terror bataqlığını qurutmağa yönəlik S-400 və bənzəri olan təhlükəsizlik tədbirlərimizi görməyi də düşünürük. Kimin nə dediyi bizi ilgiləndirməz, önəmli olan odur ki, biz nə deyirik. Amerikanın israrla bölücü terror təşkilatı ilə birlikdə hərəkət etməyə qalxmasını üzüntü ilə təqib edirik. Bunun qarşılığında bizi və müsəlman qardaşlarımızın təhlükəsizliyini saxlamaq zorunda qoyurlar”.

Qeyd edək ki, Türkiyə prezidenti aprelin əvvəlində S-400 raketlərinin iyul ayından alınmağa başlanması haqqında fikir bildirmişdi.