İlkin məlumatlara görə, aprelin 27-nə keçən gecə Rusiyadakı Volqa çayında iki gəminin toqquşması nəticəsində 1 nəfər ölüb, iki insan itkin düşüb.
Azərtac Rusiya KİV-nə istinadla xəbər verir ki, bu məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb. Sahil-təhlükəsizlik xidmətinin qayıqları və axtarış-xilasetmə qrupu itkin düşmüş insanların tapılması üçün əməliyyat tədbirləri həyata keçirir.
İstintaq Komitəsi qəza ilə bağlı hərəkətin təhlükəsizliyi və su nəqliyyatından istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırıb.