XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 19:55

“Bir kəmər, bir yol”:forumda 64 milyard dollarlıq 283 sənəd imzalanıb

“Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak edən kompaniyalar 64 milyard dollar məbləğində sazişlər imzalayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin Forumun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Forumun gedişində biznes-sammitdə çoxsaylı kompaniyaların nümayəndələri iştirak ediblər. Onlar ümumi həcmi 64 milyarddan çox olan sazişlər imzalayıb”, – deyə Si Cinpin bildirib. Onun sözlərinə görə, Forumun gedişində tərəflər 283 layihə üzrə konsensusa gəlib, o cümlədən hökumətlərarası razılaşmalar və praktiki əməkdaşlıq üzrə sazişlər imzalayıb.

Aprelin 25-27-də Pekində keçirilən ikinci “Bir kəmər, bir yol” Forumunda 37 dövlət və hökumət başçısı iştirak edib.

Konsepsiya Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, həmin ölkələrlə Çin arasında ticarət münasibətlərinin inkişafına yönəlmiş beynəlxalq təşəbbüsüdür. “İpək Yolu İqtisadi Kəməri”nin formalaşdırılması ideyası Çin lideri Si Cinpin tərəfindən irəli sürülüb və ilk dəfə onun 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanadakı çıxışı zamanı səsləndirilib.