XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 20:57

Britaniyada partiya sədri Trampın şərəfinə veriləcək rəsmi ziyafətdə iştirakdan imtina edib- Bu səbəbdən

Böyük Britaniyanın leyborist partiyasının sədri Ceremi Korbin ABŞ Prezidenti Donald Trampın iyun ayında Londona dövlət səfəri çərçivəsində onun şərəfinə veriləcək rəsmi ziyafətdə iştirakdan imtina edib.

Azərtac The Guardian nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın əsas müxalifət partiyasının sədrinin bəyanatında bu addımın səbəbləri izah olunub. Korbin bildirib: “Baş nazir Tereza Mey beynəlxalq sazişləri pozan, iqlim dəyişməsi faktını inkar edən və irqçi bəyanatlarla çıxış edən Prezidentin dövlət səfərində onun qarşısına qırmızı xalça döşəməli deyil”. Donald Trampın şərəfinə veriləcək rəsmi ziyafətdə iştirak etməyəcəyini bəyan etməklə yanaşı, Korbin bir sıra mühüm məsələləri müzakirə etmək üçün ABŞ Prezidenti ilə görüşməyə hazır olduğunu da əlavə edib.

Bukingem sarayının məlumatına görə, ABŞ Prezidentinin Böyük Britaniyaya dövlət səfəri iyunun birinci həftəsində həyata keçiriləcək. Donald Trampın 2018-ci ilin iyul ayındakı səfəri Krallığın bir çox şəhərlərində etirazlara səbəb olmuşdu.