XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 23:03

Fransada “sarı jiletlər” aksiyasının 24-cü aktı:23 mindən çox nümayişçi iştirak edib

Fransa Daxili İşlər Nazirliyi “sarı jiletlər” etiraz aksiyasının 24-cü aktında ölkə üzrə 23 min 600 nümayişçinin iştirak etdiyini bildirib. “Sarı jiletlər”in hesablamalarına görə isə ölkə üzrə aksiyada 60 mindən çox nümayişçi iştirak edib.

Azərtac xəbər verir ki, təkcə Parisdə 2600 nümayişçi olub. Həmin nümayişçilər böyük media qurumlarının binalarının qarşısına toplaşaraq onların sosial hərəkatı haqqında qərəzsiz məlumatlar verilməsini tələb ediblər. Parisdə 2 min “sarı jiletli” 3500 “qırmızı jiletli” ilə birləşərək “ümumi cavab” şüarı altında hökumətə və Medef-ə etirazlarını bildirib.

Aksiya zamanı nümayişçilərlə polis arasında qarşıdurma olub.