XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Aprel 2019 - 09:00

Maduro:"Venesuela ADT-yə qayıtmayacaq və ABŞ-ın müstəmləkəsi olmayacaq"

“Venesuela yenidən heç vaxt ABŞ-ın müstəmləkələr nazirliyi olan Amerika Dövlətləri Təşkilatına (ADT) üzv olmayacaq”.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro özünün “Twitter” səhifəsində yazıb.

“Biz müdaxilə, demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik üzrə institut olan ABŞ-ın müstəmləkələri nazirliyindən azad olduq. Müstəqil vətənimiz ADT-yə “əlvida” deyir. Biz ADT-dən çıxdıq və heç vaxt ora qayıtmayacağıq”, – deyə o yazıb.

Qeyd edək ki, Venesuela hökuməti Amerika Dövlətləri Təşkilatından çıxdığını bildirib. Ölkənin xarici işlər naziri Xorxe Arreasın sözlərinə görə, respublika bu qərardan sonra daha çox müstəqil olub. (Report)