XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2019 - 12:45

İspaniya bu gün hökumətini quracaq –Seçki

Bu gün İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Seçkilərdə ümumilikdə 36 milyon 894 min nəfərin səs verəcəyi bildirilir.

Seçkilər nəticəsində növbəti 4 il ərzində 350 millət vəkili və 208 senatorun yer alacağı parlament qurulacaq.

Yerli saatla səhər 09:00-da başlayan səsvermə 20:00-da başa çatacaq.

Qeyd edək ki, bugünkü növbədənkənar parlament seçkilərdə ölkənin beş əsas partiyası – PSOE (Sosialist Fəhlə Partiyası), Podemos (Sol Partiya), PP (Xalq Partiyası), Giudadanos (liberal yönümlü Vətəndaş Partiyası) və Vox (Milli Mühafizəkar Partiya) iştirak edəcək. Seçkilərə qalib gələcək partiya hökuməti formalaşdıracaq.  (Axar.az)