Bu gün NATO-nun Estoniyada “Yaz fırtınası 2019” təlimi start götürəcək.
Bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Aprelin 29-dan mayın 17-nə qədər davam edəcək təlimdə 13 ölkədən 9 min hərbçinin iştirakı nəzərdə tutulub. Hərbçilərin aktiv manevrləri daha çox Estoniyanın Rusiya sərhədinə yaxın şimal-şərq ərazisində reallaşdırılacağı vurğulanıb. (Axar.az)