May ayının 1-də Yunanıstanda nəqliyyat sektorunda kütləvi tətil olacaq.
Strateq.az Azərtac-a istinadən xəbər verir ki, paytaxtda etiraz aksiyaları və yürüşlər keçiriləcək. Şəhər daxili qatarlar, trolleybuslar və avtobusların hərəkəti dayandırılacaq.
Aksiyaçıların əsas tələbləri iş keyfiyyətinin yaxşılaşdırılması, nəqliyyatda təhlükəsizliyin təmin olunmasıdır.