"Türkiyə-Suriya sərhədi tez bir zamanda bağlanmalıdır".
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Pan Gi Munla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Türkiyədən Suriyadakı terrorçulara silah göndərilir. Bunun qarşısını almaq üçün Türkiyə-Suriya sərhədi bağlanmalıdır”, – Lavrov bildirib(Axar.az).
Qeyd edək ki, Suriyada atəşkəsin əldə edilməsinə baxmayaraq, Rusiya qırıcıları Hələb, Xüms, Azez və digər iri şəhərlərdə mülki əhalini hədəf almaqda davam edir.