XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2019 - 15:11

Burkina-Fasoda kilsəyə hücum olub –Ölənlər var

Burkina-Fasonun şimalındakı Silqadci şəhərində protestan kilsəsinə törədilən hücum nəticəsində aralarında pastorun da olduğu ən azı 5 nəfər dindar öldürülüb.

Hadisə nəticəsində 2 nəfər itkin düşüb.

Naməlum silahlıların dini ayinin sonuna yaxın motosikletlə binaya daxil olaraq əvvəlcə havaya, sonra isə toplaşan dindarlara atəş açdığı bildirilir.

BBC-in məlumatına görə, keşişin iki oğlu da hadisə zamanı ölüb. Hadisəni törədənlərin şimala – Mali sərhədinə doğru qaçdığı ehtimal olunur.

Son illər Burkina-Faso mütəmadi olaraq terror hücumlarına səhnə olur. /Report