XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 21:42

Aİ ölkələri 428 milyard avroluq avtomobil vergisi toplayıblar

Avropa Avtomobil İstehsalçıları Birliyi vergilərlə bağlı statistik məlumat yayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, məlumata əsasən, Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Niderland, İsveç, Portuqaliya və Lüksemburq avtomobillərdən alınan ƏDV, satış, qeydiyyat, avtomobil və yanacaq kimi vergilərdən ildə 428 milyard avro vəsait əldə ediblər.

Avropa İttifaqı (Aİ) ölkələri arasında avtomobillərdən ən çox vergi Almaniyada yığılıb. Bu ölkə ildə 92 milyard avro vergi gəliri ilə Aİ ölkələri arasında birinci yeri tutur. Siyahıda Almaniyadan sonra Fransa (79 milyard avro), İtaliya (74,4 milyard avro), İngiltərə (56,3 milyard avro), İspaniya (28,1 milyard avro), Niderland (20,3 milyard avro) və Belçika (19,6 milyard avro) gəlir.

Aİ-də avtomobil sektoru ümumilikdə 13,3 milyon insanı birbaşa və dolayı yolla işlə təmin edib. Avtomobil istehsalı isə 3,4 milyon insana məşğulluq imkanı yaradıb.