XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 09:11

Yaponiya imperatoru Akihito taxtını tərk edəcək –Vaxt açıqlandı

Yaponiya imperatoru Akihito bu gün könüllü şəkildə taxtını tərk edəcək.

İmperator taxtı böyük oğuluna, varis şahzadə Naruhitoya verəcək.

Bununla əlaqədar olaraq hökmdarın Tokionun mərkəzindəki sarayında unikal – dini və dünyəvi mərasimlər keçiriləcək.

Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşdirilmiş, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.

2017-ci ilin dekabrında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür. /Report