Pentaqon İŞİD rəhbəri Əbu Bəkir əl-Bağdadinin son 5 il ərzində ilk videomüraciətinə reaksiya verib.
Pentaqon nümayəndəsi Şon Robertson bildirib ki, ABŞ İŞİD-in birdəfəlik darmadağın edilməsi üzərində işini davam etdirəcək.
O, həmçinin qruplaşmanın maliyyələşdirilməsi yollarının qarşısını almağın zəruriliyini qeyd edib. Son Robertson habelə terrorçuların öz sıralarına yeni üzvlər toplamalarına imkan verməməyə çağırıb.
Qeyd edək ki, İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib. Əbu Bəkir əl-Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib. /Report