XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2019 - 12:35

Çin Kanada vətəndaşını edam edəcək –Qadağan olunmuş preparat satışına görə

Çinin cənubunda Tszyanmen Şəhər Xalq Məhkəməsi narkotik vasitələrin satışına görə Kanada vətəndaşı barəsində ən ağır – edam hökmü çıxarıb.

Trend-in məlumatına görə, saxlanlmış Fan Vey qadağan olunmuş, böyük həcmdə preparat satışında ittiham olunur.

Onunla bərabər daha 10 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanlar arasında ABŞ və 4 Meksika vətəndaşı olduğu deyilir. Onlar isə ömürlük həbs cəzasına məhkum ediliblər.

Şəbəkə üzvləri metamfetamin istehsalı ilə məşğul olublar. (Trend)