XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 19:05

Rusiyanın hərbi gəmilər qrupu Çinə gəlib –Səbəb

Dünən, aprelin 29-da Rusiya hərbi-dəniz qüvvələri (HDQ) Sakit okean donanmasının gəmilərindən ibarət qrupu – başda «Varyaq» kreyseri olmaqla – «Dəniz qarşılıqlı fəaliyyəti-2019» birgə Rusiya-Çin ikitərəfli hərbi təlimlərində iştirak etmək məqsədilə Tsindao limanına gəlib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.

«Səhər tezdən birləşmiş Rusiya dəstəsi – tərkibinə «Varyaq»dan əlavə «Admiral Vinoqradov» və «Admiral Tributs» qayıq əleyhinə gəmiləri, «Soverşyonnıy» korveti, «Oslabya» böyük desant gəmisi, «İqor Belousov» xilasedici gəmisi və «İrkut» orta dəniz tankeri olmaqla – Çin HDQ-nin «Harbin» eskadron minadaşıyıcı ilə görüşüb və Tsindao limanına doğru hərəkətə başlayıb» – deyə, hərbi idarədə qeyd ediblər.

Limana yaxılaşan «Varyaq» kreyserindən 21 artilleriya atəşi açılıb. Sahildən açılan cavab atəşi il Rusiya gəmilərini Çin Xalq Respublikası milli orlusunun bölükləri salamlayıb.

Tsindao limanında Sakit okean donanmasının gəmiləri ilə görüş mərasimi keçirilib. (Azpolitika)