XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 20:22

Amerikalıların 64 faizi Trampın sərhəd divarı tikilməsi ideyasının əleyhinədir- Sorğu

Amerikalıların əksəriyyəti Prezident Donald Trampın ABŞ ilə Meksika arasında sərhəd divarı tikilməsi ideyasının əleyhinədir. Rəyi soruşulan amerikalıların orta hesabla hər on nəfərindən yalnız üçü immiqrasiya şərtlərinin sərtləşdirilməsi barədə ABŞ Prezidenti tərəfindən təklif edilən tədbirləri dəstəkləyir. Bu rəqəmlər “ABC News” və “Washington Post” nəşrləri tərəfindən aparılmış sonuncu ictimai rəy sorğusu nəticəsində məlum olub.

Azərtac xəbər verir ki, sorğunun nəticələrinə görə amerikalıların 64 faizi Prezident Tramp tərəfindən ABŞ Konqresinin formal baxımdan təsdiqləmədiyi halda sərhəd divarı tikilməsi üçün ölkədə fövqəladə vəziyyət elan edilməsinin əleyhinədir. Sorğu iştirakçılarının 34 faizi isə Prezidentin təklif etdiyi tədbirləri dəstəkləyir.

Bundan əlavə respondentlərin yalnız 30 faizi ABŞ-da sığınacaq istəyən immiqrantlar üçün daha ciddi qaydalar qəbul edilməsinin tərəfdarıdırlar. Sorğu iştirakçılarının 27 faizinin fikrincə, bu qaydalar humanitar mülahizələr əsasında sadələşdirilməli, 34 faiz isə hesab edir ki, qanun indiki kimi qalmalıdır.

Meksika ilə sərhəddə vəziyyətin pisləşməsinə baxmayaraq, amerikalıların əksəriyyəti ABŞ-ın immiqrasiya siyasəti ilə razı deyil. Hazırda ABŞ sakinlərinin 35 faizi belə hesab edir ki, ölkənin cənub sərhədində immiqrasiya böhranı mövcuddur. Müqayisə üçün xatırladaq ki, bu il yanvar ayında aparılmış sorğuda sərhəddə böhran olmasını təsdiqləyən amerikalıların sayı cəmi 24 faiz idi.