XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 20:32

Ötən il Gürcüstandan xarici ölkələrə köçənlərin sayı artıb- Hesabat

Gürcüstandan xarici ölkələrə mühacirət edənlərin sayı 2018-ci ildə 98 min 935 nəfər təşkil edib. Bu da 2017-ci illə müqayisədə 15,8 faiz çoxdur.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin illik hesabatında deyilir.

Bildirilir ki, keçən il ölkədən mühacirət edənlərin 86,6 faizini əmək qabiliyyətli insanlar (15-64 yaş qrupu) təşkil edib.

Hesabata görə, ötən il Gürcüstana gələn mühacirlərin sayı isə 2017-ci illə müqayisədə 5,9 faiz artaraq 88 min 152 nəfərə çatıb. Ölkəyə gələn immiqrantların 84,5 faizi əmək qabiliyyətli insanlardır.