XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 01:58

İsrail özünün havadan müdaifəsini gücləndirir

 

İsrail'den yeni füze savunma sistemi

 

İsrail öz hərbi bazalarında yeni ortamənzilli raketdənmüdafiə sistemləri qurmağa başlayıb.

 

Strateq.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.

 

Nazirliyin bildirdiyinə görə, “Davud sapandı” adlanan bu sistemlər mövcud və gələcək təhlükələrə qarşı vətəndaşlara daha effektli müdafiə imkanı verəcək. Sistemin qurulma prosesinin bir neçə həftə çəkəcəyi gözlənilir.

 

Adını dini ədəbiyyatlardakı Davud peyğəmbər qissəsindən – onun sapandla atdığı bir daşla Caludu yerə yıxması rəvayətindən alan müdafiə sisteminin 70 – 300 kilometr mənzilli raketləri havada zərərsizləşdirmək məqsədilə istehsal olunduğu bildirilir.

 

İsrailin hal-hazırda sahib olduğu “Dəmir qübbə” müdafiə sistemi qısamənzilli raketlərə qarşı istifadə edilir. Onun “Ox” (Arrow) adı verilən uzunmənzilli raketlərdən müdafiə sistemləri də var.

 

Qısamənzilli müdafiə sisteminin Qəzzadan, ortamənzilli müdafiə sisteminin Hizbullah tərəfindən, uzunmənzilli sistemin isə İrandan atılacaq raketlərə qarşı istifadə olunması nəzərdə tutulur.

 

Strateq.az