XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 23:23

Etiraz aksiyalarına cavab tədbirləri 17 milyard avroya başa gələcək- Fransada

Fransada “sarı jiletlər” aksiyasına Prezident Emmanuel Makronun elan etdiyi cavab tədbirləri ölkə büdcəsinə 17 milyard avroya başa gələcək.

Bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer bildirib.

Nazirin sözlərinə görə, 5 milyard avro gəlir vergisinə, qalan vəsait isə pensiyaların indeksləşdirilməsinə və digər tədbirlərə ayrılacaq. Brüno Le Mer gəlir vergisinin 2020-ci il yanvarın 1-dən başlayaraq azaldılması təklifini irəli sürüb.

Ötən həftə Emmanuel Makron “sarı jiletlərin” etirazına cavab olaraq ölkədə keçirilən milli debatların nəticələri ilə bağlı böyük mətbuat konfransı təşkil edib. Fransa lideri işləyən vətəndaşlar üçün verginin azaldılmasını, 2020-ci ildən pensiyaların indeksasiyası da daxil olmaqla bir sıra digər tədbirləri elan edib/Azərtac.