XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 May 2019 - 10:07

ABŞ və Avropada Litvadan gələn naməlum zənglər təhlükəli hesab olunur

Amerikanın bir neçə ştatında Litva prefiksi (+370) ilə daxil olan naməlum zənglər təhlükəli hesab olunub.

Azərtac xəbər verir ki, ABŞ-ın Harrison bölgəsində məsələ artıq polis səviyyəsində nəzarətə götürülüb. Əhaliyə Litvadan gələn zənglərə görə xəbərdarlıq edilib.

Eyni problem Avropa daxilində müşahidə olunur. Belçikadan sonra indi də Litvadan gələn zənglər təhlükə doğurur. Polis xəbərdarlıq edir ki, bu prefiksdən gələn naməlum zəngə cavab verməmək lazımdır. Əks halda, insanların bank hesabları xaker hücumuna məruz qala, habelə nömrələr üçün çox yüksək məbləğdə hesab gələ bilər. Gələn zəngləri blok etmək tövsiyə olunur.