XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 May 2019 - 10:42

İstanbulda polis Taksim meydanını mühasirəyə alıb- Meydan istiqamətində avtomobil yolları da bağlanıb

İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb.

Trend-in məlumatına görə, hazırda meydan istiqamətində avtomobil yolları da bağlanıb.

Qeyd edək ki, Türkiyə hökuməti İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.

Taksim meydanında isə 2010-cu ildə 1 may mitinqlərinin keçirilməsinə icazə verilsə də, 2013-cü ildə yenidən qadağa tətbiq olunmuşdu.