XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2016 - 08:30

Prezidentliyə namizəd Hillari Klinton beş ştatda qalib gəlib

klinton

 

ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Nillari Klinton Virciniya, Corciya, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

 

Bu barədə CNN telekanalı xəbər verib.

 

NBC telekanalın məlumatına əsasən, H.Klinton həmçinin Massaçusets ştatında da qələbə qazanıb.

 

Onun Demokrat partiyasından olan əsas rəqibi Berni Sanders isə doğma Vermont ştatında irəlidədir.

 

Adıçəkilən ştatlarda seçki dairələri Bakı vaxtı ilə saat 04:00 bağlanıb. (APA)

 

Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.