XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2019 - 14:43

Şri-Lanka Prezidenti Əbubəkr əl-Bağdadiyə səsləndi:"Ölkəmdən əl çək!"

“Şri-Lankada Ester bayramı günü törədilən terror hücumları xaricdə hazırlana bilərdi”.

Bu barədə ölkə Prezidenti Maytripala Sirisena bildirib.

“Terrorçulara xaricdən dəstək verənlərin onlarla əlaqədə olduqlarının ehtimalı yüksəkdir”,- dövlət başçısı deyib.

O, İŞİD tərəfindən yeridilən yeni strategiyada hədəfə daha çox nisbətən kiçik ölkələr götürüldüyünü diqqətə çatdırıb və həmin terrorçu təşkilatın lideri Əbubəkr əl-Bağdadiyə müraciət edərək, ölkəsindən “əl çəkməy”ə çağırıb.

Xatırladaq ki, bu il aprelin 21-də Şri-Lankanın müxtəlif şəhərlərində 8 partlayış törədilmişdi. (Report)