XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 15:43

İran Beynəlxalq Enerji Birjasında 70 min barrel neft satıb- ABŞ-ın yeni sanksiyalarına baxmayaraq

ABŞ-ın yeni sanksiyalar tətbiq etməsinə baxmayaraq, bu gün İran Beynəlxalq Enerji Birjasına 70 min barrel neft çıxarıb və satıb.

Azərtac xəbər verir ki, bu sözləri İranın Milli Neft Şirkətinin rəsmi nümayəndəsi Əmirhüseyn Təbiyani deyib. O bildirib ki, İran neftinin bir barreli 63,53 dollara satılıb.

Ə.Təbiyaninin sözlərinə görə, ABŞ İran neftinin dünya bazarına çıxarılmasının qarşısını almağa çalışsa da, bir nəticə əldə edə bilməyəcək. Bir sıra dövlətlər sanksiyalara baxmayaraq, neft almaq üçün İranın Milli Neft Şirkətinə müraciət ediblər. Bu müraciətlərə əsasən, İran mayın 7-də Beynəlxalq Enerji Birjasına daha 1 milyon barrel neft çıxaracaq. Xam neftin satışı İrana valyuta daxil olmasını təmin edir.

Xatırladaq ki, ABŞ administrasiyası Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana İrandan 6 ay müddətində neft almağa icazə vermişdi. Bu icazənin müddəti başa çatdığı üçün ABŞ həmin dövlətlərə xəbərdarlıq edib.