XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 08:41

İranın ilk prezidenti Bəni Sədr:“Seçkilər ali ruhani lider Xameneinin qələbəsidir”

İran parlamenti və Ekspertlər Şurasına seçkilər İranla nüvə razılığı əldə edilməsindən sonra keçirilən ilk seçkilər olub.

 

 

Seçkilərin nəticələri artıq elan edilir.

 

 

Daxili işlər naziri Əbdel Reza Rəhmani Fəzlinin bildirdiyinə görə, ölkə boyu iranlıların 62, Tehranda isə 50 faizi səsvermədə iştirak edib. Nazir seçkilərin yekun nəticələrinin elan edilməsinin bir neçə gün vaxt aparacağını bildirib.

 

 

İranın sabiq prezidenti Əbulhəsən Bəni Sədr “Amerikanın Səsi” radiosuna müsahibəsi zamanı deyib ki, mötədillərin daha çox yer əldə etdiyi deyilsə də, seçkilər ali ruhani lider Ayətulla Əli Xameneinin qələbəsidir.

 

 

Bəni Sədr mötədillərin parlamentdəki durumlarının bir qədər düzəlməsinə baxmayaraq, onların qərar qəbul etmək iqtidarında olmadığını bildirib. Belə ki, rejim parlamentin idarəçilikdə iştirakına məhdudiyyətlər tətbiq edir.

 

 

İranın sabiq diplomatı Mehrdad Xonsari isə seçkilərin nəticələrinin əhaliyə məmnuniyyət hissi bəxş etdiyini deyib.

"Əhali düşünür ki, səsvermə onlara sərtxətt tərəfdarlarından narazılıqlarını bildirmək imkanı yaradıb. Lakin onlar mövcud siyasətin heç bir dəyişikliyə yol açmayacağından da xəbərdardır."

 

 

Təhlilçi Aleks Vatanka deyib ki, iranlıların əksəriyyəti seçkilərdə iştirak etməməyin ağılsızlıq olacağına inandırıldığına görə iştirak edib.

 

 

“Entuziazm gözləniləndən daha yüksək olub. Sabiq prezident Məhəmməd Xatəminin “seçkilərin azad və ədalətli olduğunu düşünmürük. Lakin mötədillərə səs verməklə, sistemi sərt xətt tərəfdarlarınının çəngindən qurtarmaq mümükündür” kimi sadə mesajları insanları səsverməyə təşviq edib."

 

 

Bəni Sədr Ayətulla Xameneinin “sərt xətt tərəfdarları” kəlməsini “islahatçılar”a dəyişməsini məharət adlandırır.