XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2019 - 17:56

Pompeo Lavrovla Venesueladakı vəziyyəti müzakirə edəcək

“ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesueladakı vəziyyəti bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə etmək niyyətindədir”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildlrib.

Bir müddət əvvəl M.Pompeo deyib ki, Venesulada böhranın həllinə dinc yolla nail olmağın tərəfdarıdırlar. Bununla belə dövlət katibi lazım gələcəyi halda gərginliyi hərbi əməliyyatlar yolu ilə də aradan qaldıra biləcəklərini vurğulamışdı.