XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 18:22

Culian Assanc 50 həftəlik həbs cəzasına məhkum edilib- Məhkəmə qərarı

Bu gün London məhkəməsi girov müqabilində azad olunma şərtlərini pozduğuna görə “WikiLeaks” portalının banisi Culian Assancı 50 həftəlik həbs cəzasına məhkum edib.

Azərtac bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

“Siz polisə könüllü təslim olmadınız, Ekvador səfirliyi polisin binaya daxil olmasına icazə vermək məcburiyyətində qaldı. Sizin seçiminiz vardı və mən cəzanın yüngülləşdirilməsi üçün bütün dəlilləri rədd edirəm”, – deyə hakim Debora Teylor hökmü elan edərkən bildirib.

Hakimin sözlərinə görə, Assancın girov müqabilində azad olunma şərtlərini pozması ona qarşı sürülən ən ciddi ittihamların xaricindədir.

“Ekvador səfirliyinə sığınaraq məhkəməyə gəlmədiniz. Bu ölkə sizə siyasi sığınacaq verdi, sonra isə ondan imtina etdi. Məhkəmənin əvvəlki qərarlarına etiraz etmədiniz. Sizin fəaliyyətiniz ədalətin bərqərar olmasına qarşı yönəlib və ya onun uzadılmasına hesablanıb. Fikrimcə siz, ciddi qanun pozuntusuna yol vermisiniz. Səfirlikdə olarkən öz təşəbbüsünüzlə Britaniya hakimiyyətindən gizləndiniz”, – deyə Debora Teylor əlavə edib.

Hakim bildirib ki, qanun pozuntusunun ciddiliyi Assancın həbs müddətini maksimuma – 12 aya yaxınlaşdırır. Lakin üzrxahlıq məktubu təqdim etdiyinə görə ona “maksimum cəza təyin olunmayıb.

Xatırladaq ki, Culian Assanc 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada təxminən 7 il gizlənib. Aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib.